Merkel üçüncü müddətə gedir

 

Bu gün Almaniyada – Avropanın ən böyük iqtisadiyyatına malik ölkədə parlament seçkiləri keçirilib. Musavat.com BBC-yə istinadən xəbər verir ki, ARD telekanalının exit-poll-luna görə, ölkənin hazırkı kansleri Angela Merkelin Xristian Demokrat İttifaqı (XDİ) səslərin 42 faizini əldə edərək öndə gedir.

Həmin exit-poll-a görə, Azad Demokrat Partiyası – XDİ-nin koalisiya üzrə indiki müttəfiqi cəmi 4,7 % səs yığıb. Bu isə Bundestaqa düşmək üçün yetərli deyil. Sosial-Demokrat Partiyası 26, Yaşillar Partiyası isə 8% seçici səsi alıb.

Rəsmi nəticələr az sonra bəlli olacaq. Lakin əksər analitiklər hesab edir ki, Angela Merkel üçüncü müddətə öz postunu saxlaya biləcək.