QOÇ
Başladığınız işləri davam etdirəcəksiniz. Bir az gərgin olacağınız da istisna deyil. Romantik reaksiyalarınıza nəzarət etsəniz yaxşıdır. Içinizdən yüksələn istəkləri reallaşdırmaq üzrə hərəkətə keçəcək və bu sizdə uğurlu alınacaq.
BUĞA
Zehni fəaliyyətlərinizin yüksək olduğu bir gündür. Özünüzü güclü və qərarlı hiss edəcəksiniz. Bu gün eşidəcəyiniz xəbərlər əhvalınızı daha da yüksəldəcək. Uğurlu sövdələşmələrə imza ata bilər, bu istiqamətdə yeni cəhdlər edəcəksiniz.
ƏKIZLƏR
Gələcəklə bağlı arzularınızın artdığı bir dövrdəsiniz. Diqqətinizi maliyyə məsələlərinə yönəldəcəksiniz. Yeni sərmayələrə imza ata bulərsiniz. Qərarsızlıq və qarışıqlıq üzündən sağlamlıq problemləri yarana bilər.
XƏRÇƏNG
Romantik gərginlik keçirəcəyiniz bir gündür. Hadisələrdən çox təsirlənə bilərsiniz. Lakin sakit və səbirli davranmağı bacaracaqsınız. Sevgilinizə qarşı diqqətli olacaqsınız. Yeni fürsətlər qarşınıza çıxa bilər.
ŞIR
Diqqətsizlik və qərarsızlıq nəticəsində bəzi tərsliklər ortaya çıxa bilər. Gərgin və səbirsiz davranmaqdan uzaq durun. Bu gün alacaağınız bir dəvətə qatılmaq sizi rahatlaşdıracaq və əyləndirəcək.
QIZ
Yaxınlarınızın sizə olan ehtiyaclarıyla maraqlanacaq, uşaqlar və ya özünüzdən balaca olanların problemlərini təhlil edəcəksiniz. Anlayışlı və sakit davranışınız işgüzar əlaqələrinizə də siraət edəcək. Işləriniz uğurlu olacaq.
TƏRƏZI
Dostlarınızla aranızdakı əlaqələr möhkəm və qarşılıqlı olacaq. Problemlər qarşısında anlayışlı davrana bilər, bu müstəvidəə praktik həllər tapa bilərsiniz. Ümumilikdə sakit bir gündür.
ƏQRƏB
Istəkləriniz getdikcə böyüyür. Eyni zamanda həyatınızda köklü dəyişikliklər aparmaq istəyəcəksiniz. Müsbət və mənfi duyğular içinizdə olduğunuzdan gərgin olacaqsınız. Narahat olmayın bu keçici haldır.
OXATAN
Güclü enerjiniz sayəsində qarışıqlıqların öhdəsindən gələcəksiniz. Gözləmədiyiniz bir təklif ala bilər və böyük bir həyəcan yaşaya bilərsiniz. Yaxınlarınızın problemləriylə maraqlanacaq. Bu işdə çətinliklər yaşaya bilərsiniz.
OĞLAQ
Bu gün həyəcanlı və narahat olsanız da hadisələrin inkişafından məmnun qalacaqsınız. Maliyyə məsələlərini həll edəcəksiniz. Sevgilinizin diqqət və qayğısı sizə əlavə güc verəcək.
DOLÇA
Romantik gərginlik ola bilər. Günün hadisələrindən təsirlənə bilərsiniz. Səbirsiz və dözümsüz davranmayın. Sonu gözləmənizin faydası var. Həm romantik müstəvidə, həm də iş baxımından dəyişiklik gözlənilir.
BALIQLAR
Gözləmədiyiniz xəbərlər alacağınız ehtimalı var. Qərar verməkdə çətinlik çəkəcəksiniz. Uzun zamandır görmədiyiniz bir dostunuzdan xəbər alacaqsınız. Ünsiyyətdə olarkən inadkar rəftar göstərməyin.