Əslən Qərbi Azərbaycandan olan, Azərbaycan diaspor nümayəndələrindən biri Yalçın Qəhrəmnoğlu prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədikləri barədə bəyanat verib.
“Hafiz Hacıyevin Qərbi Azərbaycanlıların adından danışması bizi xeyli hiddətləndirdi. Onun kimiləri hər hansı toplumun, o cümələdən Qərbi Azərbaycanlıların adından danışa bilməz.
Qərbi Azərbaycanlılar bütün xalqımız kimi demokratik, azad ölkədə yaşamaq istəyirlər. Onlar da qanunsuzluqdan, korrupsiyadan, ədalətsizlikdən əziyyət çəkirlər. Buna görə də heç şübhə etmirəm ki, Milli Şuranın namizədinə səs verəcəklər”.