İctimai Palata mitinq qərarı verdi

Mitinq aprelin 2-də keçirəcək; məkan ya Nərimanov, ya da Fəvvarələr Meydanı…

Martın 14-də Koordinasiya Şurasının növbədənkənar iclası olub. İclasda bir sıra məsələlərə baxılıb.

“11 Mart”a yüksək qiymət

Gənc fəalların təşkil etdiyi “11 Mart – Böyük Xalq Günü” aksiyası müzakirə olunub və Koordinasiya Şurası bu aksiyanı Azərbaycanın müstəqil gəncliyinin siyasi həyata qədəm qoyduğu bir hadisə kimi qiymətləndirib. Gənclərin ölkədə dəyişişliklər naminə yüksək peşəkarlıqla və ardıcıl şəkildə iş aparmaları təqdir olunub. Şura üzvləri 11 mart aksiyasını 21-ci əsrdə Azərbaycan gəncliyinin ilk böyük uğuru adlandırıblar.

Müsavatın mitinqi – uğurlu başlanğıc

Koordinasiya Şurası martın 12-də Müsavat Partiyasının təşkil etdiyi mitinqi də yüksək qiymətləndirib. Şuranın bu aksiyaya əvvəlcədən mənəvi dəstək verdiyi və İcitmai Palatanın silsilə mitinqlərinin tərkib hissəsi kimi baxdığı yada salınıb. Şura 12 mart mitinqini İcitmai Palatanın keçirəcəyi daha kütləvi etiraz aksiyalarının uğurlu başlanğıcı kimi qiymətləndirib.

Aprelin 2-i, saat 14.00…

İclasda İctimai Palatanın mitinqlərə başlaması da müzakirə edilib və yekdil qərar qəbul olunub. Aprelin 2-i saat 14.00-a Nərimanov kinoteatrının qarşısındakı meydana İctimai Palatanın mitinqi təyin olunub. Mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq ediləcək. Qərara əsasən Bakı Şəhər İcra Hakimiyyəti bu meydana razılıq verməsə mitinq həmin gün həmin saatda Fəvvarələr Meydanında keçiriləcək.
Şura indidən mitinqə hazırlıqlarına başlamaq barədə də qərar verib. Mitinq qərarı ilə əlaqədar İctimai Palatanın növbəti sessiyası da əvvəl nəzərdə tutulduğu kimi martın son günlərində yox, bir qədər əvvəl – martın 24-də keçiriləcək.

Həbslərə münasibət

İclasda KXCP sədir Mirmahdmud Mirəlioğlunun başçılığı ilə Yevlax rayonunda konfrans keçirməyə gedən partiya fəallarının həbsi və partiyanın konfransının işinə mane olunması qəti şəkildə pislənilib.
Hökümətin 11 və 12 mart aksiylarının keçirilməsinə imkan verməməsi, polisin, mülki geymili şəxslərin aksiya iştirakçılarına mene olması, onların qanunsuz həbs edilməsi də qəti şəkildə pislənib. Həbs edilənlərin dərhal azad olunması tələb edilib.