İstanbulda yenə ara qarışdı

Üzlərinə maska vurmuş şəxslər barrikadalar quraraq, polisə daş-kəsək atmağa başlayıblar

Istanbulda yenə ara qarışdı. Axşam saatlarında yüzlərlə şəxs “Gezi Park”a toplaşaraq etirazları davam etmək istəyib. 

Polisin etirazçıları dağıtmaq cəhdi toqquşmalarla müşayiət olunub. Üzlərinə maska vurmuş şəxslər barrikadalar quraraq, polisə daş-kəsək, “molotof kokteyli” atmağa başlayıb. 

 

Polis etirazçılara qarşı qaz bombalarından istifadə edib. 2 saata yaxın davam edən toqquşmalarda polis zirehli və su vuran maşınlardan istifadə ermək məcburiyyətində qalıb. Hazırda İstanbul polisi gücləndirilmiş iş rejimində çalışır . (anspress.com)