Makkeyndən Putinə cavab zərbəsi

Bir çox məsələlərdə, o cümlədən Suriya mövzusunda Rusiyanın mövqeyini kəskin tənqid edən amerikalı senator, Respublikaçı Con Makkeyn Vladimir Putinin bu yaxınlarda “The New York Times” qəzetindəki yazısına cavab xarakterli məqalə ilə çıxış edib. “Rusiyalılar Putindən daha yaxşısına layiqdir” başlıqlı məqalə “pravda.ru”da yayımlanıb.

“Mənim fikrimcə, rusiyalılar hökumətin yox, vicdanlarının səsinə qulaq asmalıdılar. Rusiya vətəndaşları hökumətin bir qrupa deyil, xalqa xidmət etməli olduğu ölkədə yaşamalıdılar”, – deyə Makkeyn yazır.

Respublikaçı senator onu da qeyd edib ki, Allah Amerikada olduğu kimi, Rusiyada da insanlara həyat, azadlıq və xoşbəxt olmaq hüququ verib: “Amma Putin və onun ətrafındakılar bu dəyərlərə inanmır. Onlar sizin (Rusiya vətəndaşları nəzərdə tutulur-red.) dəyərlərinizə hörmət eləmir, özlərini xalq qarşısında borclu saymırlar”.

Ümid edirəm ki, nə vaxtsa sizin ölkənizdə də sizə hörmət və xidmət edən hökumət qurulacaq”.