Azərbaycandakı seçkilər Avropanın diqqətində

“Amnesty İnternational”ın İsveç nümayəndəliyi “Azərbaycanda seçkilər” mövzusunda seminar təşkil etdi

Sentyabrın 17-də  Amnesty İnternationalın İsveç bölumu bu ölkənin ən böyuk universitətlərindən biri olan Gothenburg Universitetinin kitabxana zalında “Azərbaycanda seçkilər” mövzusunda seminar keçirib. Seminar Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri və seçkiöncəsi vəziyyətə həsr olunub. Bu barədə məlumatı “musavat.com” yayıb.

Məlumata görə, tədbirə iki əsas çıxışçı dəvət olunub – 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində ATƏT-in muşahidəçisi qismində iştirak edən Ann-Sofie Sten və elmlər doktoru, politoloq Sofie Bedford.

Ann-Sofie Sten öz  çıxişında Azərbaycanda keçirilən prezident və parlament seçkilərində kobud saxtakarlıq faktlarınin oldugunu ve onun özunun muşahidəçi qismində qatıldığı seçkidə də bu kimi hallara rast gəlindiyini bildirib. ATƏT-in və Avropa Şurasının səylərinə baxmayaraq Azərbaycanda hələ də demokratik standartlara cavab verən bir seçkinin muşahidə olunmadıgını təəssuf hissiylə qeyd edib. Daha sonra o, Azərbaycanda 2010 seçkiləri zamanı görduyu işlər barədə məlumat verib.

Öz elmi işini Azərbaycan haqqında yazan Sofie Bedford isə diqqəti Azərbaycanda seçkiöncəsi yaranan vəziyyətə yönəldib. Uzun illərdir ki, Azərbaycanda avtoritar bir rejimin hakimiyyətdə oldugunu deyən xanım Bedford muxalifət numayəndələrinə qarşı təqib və təzyiqlərin həddən artıq artdıgını dilə gətirib. Çox sayda muxalifətçilərin əsassız ittihamlarla həbsxanalara salındıgını və bu kimi halların yolverilməz oldugunu qeyd edib. O, gənc NİDA-çıların da təzyiqlərə məruz qaldıgını və qanunsuz həbs olunan gənclərin dogum gunlərini həbsxanalarda qeyd etmək məcburiyyətində qaldıqlarını önə çəkib. “18 yaşını həbsxanada qeyd edən gənclər var”, – deyə o bildirib.

Politoloq alim Azərbaycan muxalifətinin hazırkı durumuyla baglı da geniş danışıb. O, muxalifətin Milli Şura yaratdaraq seçkilərə vahid namizədlə qatıldıgını qeyd edib və vahid namizəd Cəmil Həsənlinin tanıtımına geniş yer ayırıb.