Suriya prezidenti Bəşər Əsəd Amerikanın Fox News telekanalına müsahibə verib. Əsəd əlində olan kimyəvi silahların ləğv edilməsinə söz verib, lakin bunun üçün bir il vaxt tələb olunduğunu deyib.
Suriya prezidenti qeyd edib ki, əməliyyat texniki cəhətdən çox qəlizdir və əgər Amerika bunu etmək istəyirsə, edə bilər.
“Bunun üçün çoxlu sayda pul tələb olunur, təxminən 1 milyard dollar. Bu, ətraf mühit üçün zərərlidir. Əgər Amerika doğrudan da pul vermək və zəhərli maddələri Birləşmiş Ştatlara aparmaq məsuliyyətini üzərinə götürürsə, niyə bunu etmir?” – Əsəd əlavə edib.