Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli jurnalist Pərviz Həşimlinin həbsini pisləyib. O, Milli Təhlükəsizlik Nazirliyinin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.
“Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbs edilməsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”, – C.Həsənli bildirib.
Prezidentliyə namizəd hakimiyyəti jurnalistlərə təzyiqlərə və söz azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırıb.
Milli Şuranın namizədi Pərviz Həşimlinin həbsini pislədi
•