Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 22-nə təyin etdiyi mitinqə razılıq verib. Mitinq saat 16:00-dan 18:00-dək “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçiriləcək.
Mitinqə razılıq verildiyini Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev deyib.