Müsavat Pərviz Həşimliyə azadlıq tələb edir

Dünən “Bizim yol” qəzetinin əməkdaşı, “moderator.az”   saytının redaktoru, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyi  tərəfindən həbs edilməsi ilə bağlı Müsavat Partiyası bəyanat yayıb. Bəyantada deyilir:  “Həbsdən sonra jurnalistin evində, “Bizim yol” qəzetinin redaksiyasında və moderator.az – saytının ofisində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2 və 228. 2.1 (qaçaqmalçılıq və qanunsuz silah əldə etmə) maddələri ilə cinayət işi qaldırılıb. Jurnalistin yaxınlarının  bildirdiyinə görə, onun evindən guya narkotik və silah tapıldığı barədə protokol tərtib olunub. Onlar həmçinin bildiriblər ki, narkotik və silah onun evinə əməliyyatçılar tərəfindən qoyulub.
Müsavat Partiyası  bəyan edir ki, bu həbslər əslində siyasi sifarişin nəticəsidir və uydurma ittihamlara söykənir. Seçki ərəfəsində hakimiyyətin həyata keçirdiyi bu hay-küylü həbs əslində cəmiyyətdə qorxu hissini gücləndirməyə xidmət edir. İqtidar ictimai-siyasi fəalları, jurnalistləri qeyri-qanuni həbsə atmaqla gündən-günə artan siyasi fəallığın qarşısını almağa çalışır. Müsavat Partiyası Pərviz Həşimlinin dərhal azadlğa buraxılmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla xalqın gündən-günə artan narazılığnın qarşısını almağa  nail olmayaca”.