ABŞ bu ölkənin hakimiyyəti kimi müxalifəti tanımağa hazırlaşır
ABŞ dövlət katibi Hillari Klintonun Liviya müxalifətinin təmsilçiləri ilə Fransa paytaxtı Parisdə göüşcəyi haqda xəbərlər yayılıb.
“Əl Cəzirə” kanalının məlumatına görə, Liviya müxalifətinin tərəfinə keçən bu ölkənin BMT-dəki daimi nümayəndəsi Əli Avcalı Klintonun Benqazidə qurulan müvəqqəti keçid hökumətinin xarici əlaqələr üzrə təmsilçisi Mahmud Cibrillə sabah görüşəcəyini bildirib.
Hazırda Avcalı ilə birlikdə Vaşinqtonda olan Cibril “Biz indi diplomat deyilik. Azadlıq savaşçılarıyıq” söyləyib.
Yayılan başqa bir xəbərdə bildirilir ki, ABŞ Liviya müxalifətinin Benqazidə qurduğu müvəqqəti hökumətlə əlaqələr üzrə xüsusi təmsilçi təyin edəcək.