NATO və Avropa Birliyindən Ukraynaya dəstək

Bu ilin noyabr ayında Vilnyusda «Şərq tərəfdaşlığı» sammitində Assosiasiya sazişi uğurla imzalanacağı təqdirdə Avropa Birliyi 2014-cü ildə Ukraynaya 1 mlrd dollar maliyyə yardımı ayıra bilər. Bu barədə Polska the Times qəzeti məlumat yayıb. 

«Assosiasiya sazişinin tezliklə tətbiq edilməsi Ukrayna üçün daha bir müsbət nəticə verə bilər –  Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ukrayna üçün maliyyə yardımının  işə salınması barədə qeyd var. Söhbət dondurulmuş borclar və Brüssel və Avropa İnvestisiya Bankından subvensiyalardan gedir. Müxtəlif mənbələrdən Kiyev artıq gələn 1 mlrd dollardan artıq vəsait ala bilər», – deyə sənəddə bildirilir. 

Bu arada NATO Ukraynanın Avropa Birliyinə üzvlüyünə yardım edə biləcəyini açıqlayıb. Bu barədə qurumun baş katibinin müavini Aleksandr Verşbou «Beynəlxalq təşkilatların Ukraynanın milli təhlükəsizliyində rolu» beynəlxalq konfransı iştirakçılarının qarşısında canlı bağlantı vasitəsilə çıxış edərək bildirib. «NATO-Ukrayna əməkdaşlığının gələcəyi perspektivli görünür. Ukrayna güman ki, NATO-ya qoşlumaq imkanlarını arayacaq, ancaq NATO ilə sıx əməkdaşlıq Ukrayanın Avropa Birliyinə qoşulmaq istiqamətində prioritetləri dəstəkləməsinin səviyyəsini nümayiş etdirir. Biz bu vəzifənin  öhdəsindən gəlmək üçün Ukraynaya istənilən yardımı etməyə hazırıq», – deyə Verşbou bildirib. Bununla yanaşı Alyans nümayəndəsi xatırladıb ki, NATO Ukraynanın blokdan kənar statusda fəaliyyət seçicimini də dəstəkləyir. «Ukraynanın belə bir statusuna baxmayaraq NATO ilə bu ölkə arasında əməkdaşlıq son vaxtlar daha effektiv və səmərəli olub».

azadlıq.info