Günün ulduz falı (17.09.2013)

QOÇ

Gəlir mövzusunda yeni cəhdlər edəcəksiniz. Müsbət duyğular içində olacaqsınız. Özünüzü güclü və hiss edəcək, planlarınızı tətbiq etmək üçün böyük bir istəklə hərəkətə keçəcəksiniz.

BUĞA

Bu gün özünüzü güclü hiss edəcəksiniz. Bəzi xəbərlərdən və hadisələrdən təsirlənsəniz belə buna çox əhəmiyyət verməyəcəksiniz. Hadisələrin inkişafını gözləyə bilər, yaxud da düşüncələriniz istiqamətində hərəkətə keçə bilərsiniz.

ƏKIZLƏR

Diqqətinizi yönəltdiyiniz mövzuyla əlaqədar müxtəlif düşüncələrə dalacaqsınız. Təbii ki, bunun nəticəsində qərar verməniz və hərəkətə keçməniz çətin olacaq. Ayrıca, gərginliyin yaradacağı sağlamlıq problemləriylə qarşılaşa bilərsiniz.

XƏRÇƏNG

Qəbul etdiyiniz qərarları tətbiq etmək üçün böyük bir səy göstərəcəksiniz. Zaman-zaman mənasız düşüncələriniz artsa belə, bunların üzərində dayanmayacaq və qərarlarınızı tətbiq etmək üçün böyük səy göstərəcəksiniz.

ŞIR

Günün bəzi xəbərlərdən təsirlənə bilərsiniz. Ancaq sevdiyiniz şəxslə aranızdakı əlaqələr getdikcə daha isti olacaq. Hadisələrə tez reaksiya verməməməli, inkişafı izləməyiniz məsləhətdir.

QIZ

Qatılacağınız dəvətlərdə qarşılaşacağınız kəslərlə dostluq əlaqələri qura bilərsiniz. Ictimai fəaliyyət baxımından aktiv olmaqla yanaşı enerciniz də artacaq və yeni fikirlərə düşəcəksiniz.

TƏRƏZI

Hadisələrdən çox təsirlənməyəcək və bildiyiniz kimi hərəkət etməyə davam edəcəksiniz. Sevdiyiniz şəxslə aranızdakı isti münasibət özünüzə olan etibarınızı artıracaq. Çətinlik çəkdiyiniz bir problemi təhlil edəcəksiniz.

ƏQRƏB

Işlərinizi davam etdirərkən meydana gələ biləcək tərsliklər səbirsizliyinizdən qaynaqlana bilər. Bu vaxt səhv anlama ehtimalı da var. Əhvalınız və özünüzə olan inam son dərəcə yüksək olacaq.

OXATAN

Bəzi olaylar başınızı qarışdıra bilər. Ancaq əsl qarışıqlıq sizin düşüncə formanızdan qaynaqlanacaq. Son dərəcə romantik və həyəcanlı davrana bilərsiniz. Bir az səbirsiz, bir az hirsli əhvalda olacağınız istisna deyil.

OĞLAQ

Meydana gələn bəzi xəbərlər üzündən narahatlıq keçirə bilərsiniz. Ancaq əhvalınız yüksəldiyi üçün bunları anlayışla qarşılaya bilər, sakit davranmağı bacaracaqsınız. Maliyyə mövzusunda gözləntiləriniz olacaq.

DOLÇA

Pula tamahınız arta bilər. Bu gün alacağınız bir xəbər sizi rahatlaşdıracaq. Maddi vəziyyətlə bağlı işlərinizi davam etdirərkən kəskin və mənfi davranışlardan uzaq durun.

BALIQLAR

Romantik baxımdan bir az gərginlik içindəsiniz. Narahatlığınız ətrafdkıların gözündən yayınmayacaq. Müsbət və mənfi duyğular qəlbinizdə zidd düşərgə salacaq. Xoşbəxtlikdən bunu biruzə vermədən məntiqli davranmağı bacaracaqsınız.