Məktəblərdə İlham Əliyevə həsr olunmuş kitablar paylanır

Yeni dərs ilinin ilk günündə şagirdlərə Ilham Əliyevə həsr olunmuş kitab paylanıb. Bu barədə AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünən Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin keçirdiyi mətbuat konfransında məlumat verib.

“Bakı: 2003-2013″ adlanan kitab başdan-başa Ilham Əliyevə həsr olunub. Həmin kitab 1-ci siniflərdən tutmuş, 10-cu siniflərə qədər hamıya paylanıb. Bu hal Bakı ilə yanaşı Azərbaycanın digər rayon və şəhərlərində də müşahidə olunub.

Kitab Iqtisadi Inkişaf Nazirliyinin sifarişi ilə dərc edilib. Bu o deməkdir ki, Ilham Əliyevin təbliğatı dövlət büdcəsi hesabına aparılır. Kitabın tirajı göstərilməyib. Çox nəfis şəkildə hazırlanan bu kitabın çapına böyük məbləğdə pul xərcləndiyi bildirilir. Həmin kitabın bir nüsxəsi bizdədir. Bu ciddi qanun pozuntusu olduğuna görə MSK müraciət edəcəyik”.