ABŞ-ın Kolorado ştatında daşqınlar nəticəsində 5 nəfər ölüb, itkin düşənlərin sayı 500 nəfərə çatıb. Amerika hökuməti ştatda vəziyyətin pisləşdiyini bəyan edib. Orada bir neçə gün ərzində bir neçə ayın norması qədər yağış yağıb. ABŞ prezidenti Barak Obama ştatda fövqəladə vəziyyət elan edib və bölgəyə xilasedicilərlə lazımi vəsaitlər göndərib.(milli.az)