Rejim başçısını yox, rejimə qarşı olan qüvvələri bir yerə yığan ziyalını tənqid hədəfinə çevirməkdə məqsədiniz nədir?
Fikrət Cəfərli
Son günlər bəzi fürsətçil dostlar girişiblər Rüstəm İbrahimbəyovu təhqir etməyə. Amma fürsətçillər bir məqamı unudublar ki, Rüstəm İbrahimbəyovun namizədliyini Milli Şuranın iclasında onların özlərinə öndər saydıqları şəxs müdafiə edib.
Rüstəm bəy üzərinə düşəni edib və indi də yaratdığı birliyi qorumaq üçün mümkün olanı da, olmayanı da etməyə çalışır. Onun məqsədi demokratik qüvvələrin indiyə kimi mümkün olmamış geniş birliyini yaratmaq idi və ona da nail olub. Birliyə nail oldu, xalqı hakimiyyətin dəyişməsinə ümüdləndirdi və çəkildi kənara. İndi buyurun, onu təhqir etməkdənsə, onun hakimiyyətə qarşı işlətdiyi fikirlərin heç olmasa yüzdən birini səsləndirin, olun cəsarət simvolu. Onu yersiz təhqir etməklə demokratik düşərgənin nifrətini qazanmağa çalışmayın.
Elçibəy deyirdi ki, böyük şəxsiyyətləri söyməklə böyük olmaq olmur, əksinə onları nadan iftirasından qorumaqla böyük olmaq olar. Hakimiyyəti tənqid etməyin müxalifəti tənqid etməkdən fərqini və nəyin nə qədər tələb olunduğunu təbii ki,anlayırıq. Amma bunu ört-basdır etmək üçün niyə Rüstəm bəyi hədəf seçməyiniz anlaşılan deyil.
Fərqindəsinizmi ki, sizin hakimiyyət mətbəxində eşələnməyinizi artıq xalq çox gözəl anlayır? Rejim başçısını yox, pis-yaxşı rejimə qarşı olan qüvvələri bir yerə yığan ziyalını tənqid hədəfinə çevirməkdə məqsədiniz nədir? Əgər bu canfəşanlığınız öhdəliyi axıra kimi icra etməkdirsə, o zaman narahat olmayın, artıq icra edilmiş də saymaq olar. Yox, sifariş verənin yanında özünüzü bir daha təsdiq edib, növbəti seçkidə mənsub olduğunuz ocaqda dəbdəbəli yaşamaqdırsa, o zaman buyurun, bu siz o da Rüstəm İbrahimbəyov, haydı…