Xalq Cəbhəsinə ağır itki üz verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasına ağır itki üz verib. Milli Azadlıq Hərəkatının öncüllərindən biri, AXCP İmişli rayon şöbəsinin fəalı, fədakar, nüfuzlu cəbhəçi, əqidəli ziyalı,dərin savada malik həkim, gözəl dost və ailə başçısı, qayğıkeş ata, səmimi insan Ehtiram Hüseynli 53 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Hər zaman öz sözü, hadisələrə ədalətli münasibəti, ölkədə baş verən haqsızlıqlara vətəndaş mövqeyi ilə seçilən Ehtiram bəy  siyasi fəaliyyəti ilə yanaşı, həm də peşəkar həkim pediatr idi, uzun illər İmişlidə uşaq həkimi kimi fəaliyyət göstərərək əhalinin böyük hörmətini qazanmışdı. Mübariz cəbhədaşımızı amansız xəstəlik çox tez sıralarımızdan apardı, hələ görülməli çox işləri, reallaşdırılmalı amalları var idi… Allah rəhmət eləsin, bütün AXCP üzvlərinə, Hüseynlilər ailəsinə başsağlığı verir, səbr diləyirəm, məkanı cənnət, ruhu şad olsun.

AXCP sədri Əli Kərimli