Ukrayna prezidenti Viktor Yanukoviç rəsmən bəyan edib ki, ölkəsi Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaq üçün zəruri meyarlara nail olub.
«Son vaxtlar Avropa İttifaqındakı tərəfdaşlarımızla belə nəticəyə gəlmişik ki, Ukrayna bu ilin noyabr ayında Vilnyusda imzalanacaq Assosiasiya sazişinə uyğun olan nəticələri əldə edib». Onun sözlərinə görə, buna səbəb çoxillik islahatlardır. Dəyişikliklər isə Ukraynaya müsbət impuls verəcək. «Son illər Ukraynada baş verən dəyişikliklər təkcə ölkəmizə deyil, suveren dövlət kimi qarşılıqlı əlverişli münasibətlər qurduğumuz dünyadakı bütün tərəfdaşlarımıza faydalıdır.
Yanukoviç artıq ölkəsinin Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasına dair danışıqları başa çatdırdığını bildirib.
azadlıq.info