Həbsdəki NİDA-çının babası intihar etdi

N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov dünyasını dəyişib. Bu bərədə Rəşadət Axundovun xanımı Türkan “Facebook”da status yazib. Qeyd edək ki, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəmişdi.

***

17:10

Dünən N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov intihara cəhd edib. AzNews.az-ın məlumatına görə, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib. Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Ə.Axundov hazırda Sabunçu xəstəxanasındadır. Vəziyyəti stabildir. Məlumat üçün qeyd edək ki, 1939-cu il təvəllüdlü Ə.Axundov 45 il müəllim işləyib. 20 il Beyləqan rayonunda məktəb direktoru olub.