Ölən əsgərin şoka salan son mesajı (FOTO)

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində ölən əsgər, 1994-cü il təvəllüdlü Anar Dağıstan oğlu Əsgərli “Facebook” sosial şəbəkəsində əsgərlik şəkillərini paylaşıb. Bundan əlavə, əsgər hərbi xidmətdə olarkən boş vaxtlarında səhifəsində müxtəlif statuslar yazıb. Statuslardan diqqət çəkən məqamlardan biri isə Anarın hərbi xidmətini bitirəcəyi günləri sayması olub. Hətta o, paylaşdığı fotoların birində sevgilisinə mesaj da göndərib: “Darıxmışam təkcə sənin üçün”.

Anar Əsgərlinin paylaşdığı fotolardan birində əsgər məzarına qərənfil qoyan qız təsvir olunub. Stasunda isə belə yazılıb: “Bəlkə mənim də qismətimdə bir güllə oldu”. Foto 12 nəfər tərəfindən bəyənilib.

Qeyd edək ki, Anar Əsgərli profil şəkilini ölümündən bir neçə saat əvvəl dəyişdirib.

***

13:15

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.