AXCP Gənclər Komitəsi «Xəzər-Lənkəran» və «Neftçi»nin həbs edilən azarkeşlərilə bağlı bəyanat yaydı
AXCP Gənclər Komitəsi avqustun 25-də “Xəzər-Lənkəran” və “Neftçi” klubları arasında keçirilən oyun zamanı baş verən insidentə görə həbs edilən Elman Tağıyev və Zaur Ərəbovla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“25 avqust tarixində keçirilən ”Böyük Oyun”da insident yaşandı. Xəzər Lənkəran və Neftçi azarkeşləri arasında ilk hissənin sonlarına yaxın başlanan qarşılıqlı söyüşmə hissə sonunda meydan sahibi azarkeşlərinin Neftçi azarkeşlərinin oturduğu sektora doğru axışmasına səbəb olub. Polis bu yaşananlara polis seyirçi münasibət göstərib. Nəhayətdə hər iki komandanın fanatlarından Elman Tağıyev (Eliko Ləzginski) və Zaur Ərəbov saxlanılaraq barələrində həbs qəti imkan tədbiri seçilib. AXCP Gənclər Komitəsi bu cür radikal addımın seçilməsini sırf ictimai fəallıqdan qorxmaığın nəticəsi kimi qiymətləndirir, hesab edir ki, futbol azarkeşlərinin emosialarını qorxu altında saxlamq cəhdidir. Biz, bu qərarı düşünülmüş və ziyanlı siyasi qərar hesab edirik və hakimiyyəti vətəndaşlardan, xüsusilə gənclərdən qorxmamağa çağırmaqla, həbsdə olanların qanuni haqlarını müdafiə edəcəyimizi bəyan edirik”.