Putin Nobel sülh mükafatına təqdim edilib

 

Bununla bağlı Norveç Nobel mükafatı komitəsinə məktub göndərilib

Rusiya Təhsil Fondunun başçısı Sergey Komkov Norveç Nobel mükafatı komitəsinə məktub yazaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Nobel sülh mükafatı verilməsini təklif edib. Komkov öz məktubunda Putinin Suriya böhranının diplomatik müstəviyə keçirməkdə göstərdiyi xidmətlərdən bəhs edib. “Vladimir Putin sülhə sadiqliyini praktikada sübut edib. Dünyanın aparıcı ölkələrindən birinin rəhbəri olaraq yalnız öz dövlətinin ərazisində deyil, bütün dünyada sülhün qorunmasına maskimum səy göstərir, həm də planetdə yaranmış münaqişələrin nizamlanması üçün fəal töhfə verir”, – deyə məktubda bildirilir. Rusiya Təhsil Fondunda məsələni təsdiq ediblər. Amma Nobel komitəsinin özündə məsələ barədə heç bir məlumat verməyiblər. (anspress.com)