“Azərbaycan hakimiyyətinin davranışı seçkiqabağı vəziyyətlə bağlı suallar doğurur”
“Biz xalqın iradəsini əks etdirən azad və ədalətli seçkiyə çağırırıq”
ABŞ Dövlət Departamenti bu ölkənin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinin baş tutmaması ilə bağlı bəyanat yayıb.
Xatırladaq ki, Vaşinqtondan dövlət katibi müavininin köməkçisi Tomas Melianın başçılıq etdiyi nümayəndə heyəti seçkiqabağı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlməli idi. Lakin Azərbaycan hökuməti bu səfərə razılıq verməyib.
Departament bu mövzuda Ermənistan İctimai Televiziyasının Vaşinqton müxbirinin sorğusuna cavab bəyanat verib. Bəyanatda deyilir:
“ABŞ təəssüf edir ki, Azərbaycan hökuməti amerikalı nümayəndələrin seçki qabağı bu ölkəyə rəsmi səfərinə etiraz etdi və nəticədə səfər baş tutmadı.
Azərbaycan hakimiyyətinin davranışı seçkiqabağı vəziyyətlə bağlı suallar doğurur. Biz Azərbaycan hakimiyyətini xalqın iradəsini əks etdirən azad və ədalətli seçki prosesini təmin etməyə, sərbəst toplaşmaq və söz azadlığına hörmət etməyə, həmçinin seçkiyə qədər, seçki müddəti və seçkidən sonra qanunun aliliyinə əməl etməyə çağırırıq. Biz, eyni zamanda, Azərbaycan hakimiyyətini seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin vacib fəaliyyətinə yarıdm etməyə çağırırıq”.