İngiltərə mətbuatı Əliyevdən əl çəkmir

Bu dəfəki hədəfə Kəmaləddin Heydərov da düşdü

İngiltərə mediasinın öndə gələn “The Guardian” və “The Mirror” qəzetləri növbəti dəfə kral ailəsinin üzvü York hersozu şahzadə Endryunu diktatorlarla və xüsusən Azərbaycan rəhbəri İlham Əliyevlə şəxsi münasibətlərinə görə sərt tənqid edib. Məqalədə kral ailəsinin üzvünün demokratiya və insan haqlarına qarşı aqressiv münasibət sərgiləyən İlham Əliyevlə yaxınlığı Britanyia cəmiyyətində yaxşı qarşılana bilməz.

“The Daily Mirror” qəzetində yayımlanan məqalədə İngiltərənin müdafiə naziri Laym Foksu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda təhsil alan oğlu və “Avropa Azərbaycanlıları Cəmiyyəti”nin rəhbəri Tale Heydərovun təşkil etdiyi ziyafətdə iştirakına görə qınayıb.

Məqalədə bildirilir ki, mətbuatın və ictimaiyyətin şahzadə Endryünü insan haqlarının pozulduğu, seçkilərin saxtalaşdırıldığı və siyasi rəqiblərin həbsxanalara doldurulduğu Azərbaycan kimi ölkənin rəhbəri ilə şəxsi dostluq əlaqələrinə görə görünməmiş hücumlarla üzləşdiyi bir vaxtda bu xəbər müdafiə nazirinin karyerasına təhlükə yarada bilər.

“The Daily Mirror” qəzetinin yazdığına görə, Avropa Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil edilmiş ziyafət zamanı müdafiə naziri Foks qonaqlara verilən içkiləri tərifləyib. Onun tədbirə qatılması və içkilər haqda danışması ingilis müxalifətinin qəzəbinə səbəb olub:“Bu “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda gənc fəalların həbsini və işgəncələrə məruz qalmasını pisləyən bəyanat yaymışdı. Müdafiə naziri etirazçılara işgəncə verilən ölkənin təşkil etdiyi tədbirə qatılmaqla və içkiləri tərifləməklə qəzəb doğurub.  “Amnesty İnternational” Azərbaycanda siyasi təqiblərə və işgəncələrə dair az əvvəl bəyanat yaysa da doktor Foks təmsil etdiyi Torilər Partiyası adından Mühafizəkarlar Evinin Avropa Azərbaycanlıları Cəmiyyəti ilə birgə keçirdiyi ziyafətdə xoşbəxt görünürdü”.

Britaniya parlamentinin üzvü, kölgə kabinetində müdafiə naziri olan Kevin Cons bildirib ki, Laym Foksun bu ziyafətə qatılması şübhəlidir. “The Daily Mirror” Britaniya siyasətçilərinin və kral ailəsinin üzvlərinin despotik rejimlərlə əlaqələrinin ölkənin imicini zədələdiyini bildirib.

İnformasiya şöbəsi