Musiqiçi Hacıbəyovlardan biri

Üzeyir bəyin himayəsində yetişmiş musiqiçi

Azərbaycanın ən ləyaqətli soylarından biri də tarixə çox sayda dəyərli şəxsiyyətlər bəxş etmiş Hacıbəyovlardır. Onların tam bir ziyalı nəsli Azərbaycan mədəniyyətinin inkişafına misilsiz xidmət göstərmişdir.

Hacıbəyovların ulu babası Molla Hacı bəy Qarabağidir. Molla Hacı Şuşa ÿşəhərində sayılıb-seçilən, savadlı bir alim idi. O, məhəllələrin dini işləri ilə məşğul olan bilikli bir şəxs sayılırdı. Onun Məhəmməd bəy adlı oğlu var idi. 1814-cü ildə ÿŞuşada ÿanadan olan Məhəmməd bəyÿ mədrəsə təhsili almışdı. Bundan sonra o, Qarabağ ÿxanıÿ Ibrahimxəlil xan Cavanşirinÿhərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Xan Məhəmməd bəyin göstərdiyi xidmətlərinə görə Vərəndə mahalının Isfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı. Molla Hacı bəyin varisləri Hacıbəyov soyadını daşıyırlar.

Bu nəslin görkəmli nümayəndələri sırasında bəstəkar Soltan Hacıbəyov da xüsusi yer tutur. O, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi dəst-xətti olan bəstəkar və görkəmli musiqi xadimi kimi qalmışdır. 

S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın sənət beşiyi sayılan Şuşada anadan olmuşdur. Bir çox qarabağlı musiqiçilər kimi, onun da yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylininÿailəsində yaşamış və onun himayəsində tərbiyə almışdır.

Burada orta məktəbi bitirərək, musiqi texnikumuna daxil olan S. Hacıbəyov truba sinfində oxuyur. Bununla bərabər, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. S.Hacıbəyovun yaradıcılıq yolu da bu dövrə – 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişməkdə idi. Onlara F.Əmirov,ÿS.Hacıyev,ÿNiyazi,ÿS.Rüstəmov kimi korifeyləri nümunə göstərmək olar. Istedadlı bir gənc nəsil yaradıcılığındaÿ Ü.Hacıbəyovun ÿmütərəqqi ənənələrini davam etdirir, bununla bərabər, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.

“Pioner kantata”sı ilə başlayan yol…

S.Hacıbəyovun yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük uğurla tamaşaya qoyulmuşdur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə ÿÜ.Hacıbəyov ÿözü tədris edirdi.

Konservatoriya gənc bəstəkar üçün əsl məktəb olur. Burada oxuduğu illərdə o, seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. Bəstəkar Iki prelüd və fortepiano üçün sonata,ÿI. Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

S.Hacəbəyovun o dövrdəki bəzi əsərləri də Ikinci Dünya Müharibəsi illərində vuruşan insanlara həsr olunub. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.

Müharibə dövrünün tələblərindən irəli gələn bir ehtiyac olaraq, 40-cı illərdə milli simfoniya canrı inkişaf etməyə başlayır. S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında ən mükəmməl əsərlərdən biri sayılır.

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. Bu əsər o qədər uğurlu alınır ki, 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnmişdir.

Bunun ardınca 1946-cı ildə bəstəkarın II simfoniyası meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.

Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları da müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”.

Belə əsərlərdən biri, “Isgəndər və Çoban” uşaqÿoperası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin “Isgəndərnamə” əsərinin bir parçası təşkil edir. Əsərin librettosu M.Seyidzadənindir.

1950-ci ildə S.Hacıbəyovun “Gülşən” baleti meydana gəlir. Baletinin 1-ci redaksiyasında (libetto ÿQ.Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən 2-ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (LibrettoÿQ.Almaszadəninÿvə P.Abolimovundur). 

Musiqi xəzinəmizdə böyük bir irs

50-ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 50-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır.

Bəstəkarın yaradıcılığında yer alan, 50-ci illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə canr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur.

Soltan Hacıbəyov 1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.

1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini – orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahir şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

Bundan başqa, S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan ÿM.Ibrahimovunÿ”Məhəbbət”, “Kəndçi qızı”,ÿS. Vurğununÿ”Insan”,ÿ S.S.Axundovunÿ” Eşq və Intiqam”,ÿS.Rəhmanınÿ”Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.

S.Hacıbəyov 1947-ci ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir. O, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 

S.Hacıbəyov bəstəkar ÿIsmayıl Hacıbəyovunÿatasıdır.

Görkəmli bəstəkar S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. 

Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir