Damda 5200 nəfərlik stadion (VİDEO)

Serbiyanın “Vozdovac” komandası özü üçün qeyri adi stadion inşa etdirib. ANS PRESS-in məlumatına görə, stadionun qeyri-adiliyi onun alış veriş mərkəzinin başında yerləşməsindədir.
Belə ki, klub stadion üçün yer tapmaqda çətinlik çəkib. Nəticədə 5200 nəfərlik stadionun damda tikilməsi qərara alınıb. Stadion UEFA standartlarına tam cavab verir.