Taksim meydanında yeni gərginlik

Ötən gecə Hataydakı etiraz aksiyaları zamanı ölən 22 yaşlı Ahmet Atakanı anmaq üçün sosial şəbəkələrdən edilən çağırışlarla əlaqədar Gezi parkı bağlanıb. İstanbul polisi Taksim meydanı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Bakı vaxtı ilə saat 19 radələrində meydana girmək istəyən qrupun qarşısını polis alıb. Kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. Aksiya iştirakçıları isə fişənglərdən istifadə ediblər. Toqquşmalar İstiqlal prospektində davam edir. (musavat.com)