Navalninın tərəfdarları Moskvada mitinq keçirir

Moskvada şəhər rəhbərliyinə keçirilən seçkilərdə məğlub olan müxalifət lideri Aleksey Navalninin tərəfdarları mitinq keçirir. Rusiya mətbuatının məlumatına görə, mitinq 40 dəqiqə gecikmə ilə başlayıb. Minlərlə insan mitinqin keçirildiyi meydana toplaşıb. Mitinqin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Prokurorluq isə müxalifət liderini qanunsuz aksiyalardan çəkinməyə çağırıb.