Bakıda zəlzələ olub

Sentyabrın 9-da səhər təxminən 9 radələrində Bakıda zəlzələ olub. Respublika Seysmoloji  Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Xəzər dənizində 7 metr dərinlikdə olub.
 
Nardarandan 11 km şimalda baş verən zəlzələ Rixter cədvəli ilə 4 bal olub.
 
Zəlzələ Abşeronun dənizyanı yaşayış məntəqəsində hiss olunub.
 
Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında bildirilir ki, insan təlafatı və tikililərdə dağıntı yoxdur.