Kiçik Britaniyanın böyük Rusiyadan fərqi

Həcmin fərqi yoxdu: Kiçik Britaniya nəhəng Rusiyanı üstələyir

«Çar ailəsinin tutuquşusu olsaydı, ruslar onu da güllələyirdilər»

Putin Britaniyanın kiçik bir ada olduğunu deyir. Ancaq həcm əhəmiyyət daşımır, əsas ərazinin necə istifadə olunmasıdır. Böyük Britaniya mətbuatında Britaniya ilə Rusiya müqayisə edilib və üstünlük birinciyə verilib. Məqalədə deyilir:

“Rusiya şübhəsiz ki, bizdən böyükdür. Ancaq onlar araq içib böyük xəz papaqlarla axmaq rəqslər edəndə Britaniya kokteyl qəbullarında zarafat edir, yolun düzgün tərəfindən keçir, ümumiyyətlə, özünü müdir kimi aparır”. Aşağıda Britaniyanın Rusiyadan üstün olduğu səbəblər göstərilib. 

1.Britaniyalılar artıq beş yüz ildir kral ailəsini güllələməyə ehtiyac duymayıb. Xalq inqilabı etməyi zəruri hesab etməmişik – ağıllı konstitusiya və yumşaq iqlimə minnətdarıq. Bir də bizim hər zaman faydalı məşğuliyyətimiz olub. Rusiyada təkcə 1917-ci ildə 12 inqilab olub. Bundan sonra ruslar anlayıb ki, münaqişəyə son qoymağın yeganə yolu hamının güllələnməsindən keçir. Onlar nəinki çar ailəsinin üzvlərini, həmçinin onların xidmətçilərini, dayəni, həkimi və qənnadıçını da güllələyiblər. Əgər çar ailəsinin tutuquşusu olsaydı, onu da güllələyirdilər. 

2.Britaniyalılar heç vaxt idman geyimlərinin son dəb olduğunu ağlından keçirməyib. Onda nəyə görə hətta Ayı almaq imkanında olan rus oliqarxlar 1990-cı illərin əvvəllərində Esseksin kasıb kvartallarının sakinləri kimi idman geyimlərində gəzir? Yeri gəlmişkən, onlar neft pullarını qazanan kimi ilk növbədə Çelsiyə gəlir və övladlarını Itona göndərir. 

3.Britaniyalılar faşizmi axmaqlıq hesab edir. Bəzi rusların isə faşizm xoşuna gəlir. 1991-ci ildə prezident seçkilərində üçüncü yer tutan Vladimir Jirinovskinin siyasi platforması ultramillətçilik, antisemitizm və seçkidə qalib gələcəyi təqdirdə hərəyə bir şüşə araq vermək vədindən ibarət idi. 2001-ci ildə o, yarıyəhudi olduğunu etiraf etdi və bu da ona səs verənləri lap dəli elədi. 

4.Britaniyalıların əlifbası məntiqə əsaslanır. Kiril əlifbası – mənasız əyri-üyrü işarələrdən ibarətdir. Bundan əlavə, ruslar danışanda sanki adama hürürlər, böyük ehtimalla hökumətə işləyən əlində süpürgə olan yaşlı qadınlar məhz belə təəssürat yaradır.  

5.Britaniya filmləri 4 saat deyil, 90 dəqiqə davam edir.  Hamı Andrey Tartovskinin dahi olduğunu deyir. Ancaq onun ən yaxşı sayılan “Solyaris” filmində bir epizodda biz 10 dəqiqə ərzində iri planda aktyorun qulağına baxırdıq. Rus “komediyalarında” kök adamlar tez-tez su hovuzuna düşür, qadınlar isə çörəyin qiymətini qışqırır. Bir də ki, bu filmlərdə çoxlu cırtdan var. 

6.Britaniya baş naziri kütlə qarşısında köynəyini çıxaranda biz özümüzü elə göstərir ki, sanki bunu heç görmədik. 

7.Britaniyalılar heç vaxt iti kosmosa göndərməzdi. 1957-ciildə ruslar kosmosa kiçik Laykanı göndərəndə və o orda oksigen çatışmazlığından öləndə Krallıq buna görə Moskvanı cəzalandırmalı idi. Bu çox qəddar hərəkət idi. 

8.Britaniyalıların heç vaxt Çernoblı olmayıb. Çünki biz torpağa və təhlükəsizlik texnikasına ciddi yanaşırıq. Bizim atom stansiyalarımız ətrafında planşet-qovluqlarla qaynaşan adamların hər şeyə lazımsız nəzarəti səbəbindən partlamır. Çernobl təkcə sovet mühəndisliyinin mözücəsi deyildi (ehtimala görə, Çernobl AES ötürücüdəki eşşəyin ürək tutmasından ölməsi səbəbindən partlayıb): görünür, ona həmin hay-küylü süpürgəli arvadlar rəhbərlik edirmiş. 

9.Britaniyada yazışma ilə tapılan gəlinlər yoxdur. Ancaq yəqin siz onlarla rastlaşmaq istəməzdiniz. Əgər britaniyalı Moskvada özünə həyat yoldaşı axtarırsa, soyuq mavi gözlü ehtiraslı sarışın tapacaq. Əgər rus Lutonda özünə həyat yoldaşı axtarsa, MacDonalds-da yatıb qalan dar topikli söyüşçül, siqaret çəkən qadın tapacaq. 

10.Britaniyalılar öz cinsi oriyentasiyasından utanmır. Cinsi azlıqlara qarşı o qədər yaxşı münasibət göstərirlər ki, bu artıq qaydaya çevrilib. Ruslarda isə əksinə, kütlə qarşısında qadın paltarını geyinməyi qadağan edən aqressiv qanunlar qəbul etməklə daima öz “qoçaqlıqlıqlarını” sübut etmək tələb edilir. Sadəcə cinsi azlıqlar rus xarakterinin bir hissəsi ola bilmədi. Təbii ki, əgər Ivan Qroznı, Çaykovski, Sergey Yesenin, Sergey Dyaqilev, Nijinski, Sofiya Parnok, Rudolf Nuriyev nəzərə alınmasa… 

Fizzə