Sabiq səhiyyə naziri Əli Insanov Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə qarşı iddia qaldırıb. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb.
Məlumatda deyilir ki, Əli Insanov sözügedən xidmətin Bakı Ərazi Idarəsindən özünə məxsus olan yaşayış sahəsinin çıxarışının dublikatını verilməsini tələb edir. Artıq onun bu iddiası ilə bağlı 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmədə proses keçirilib. Iş indi Bakı Apelyasiya Məhkəməsinin icraatındadır.
Şikayət hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır. Bununla bağlı proses sentyabrın 12-də keçiriləcək.
Əli Insanovun vəkili Toğrul Babayev isə “Azadlıq”a bildirib ki, onda bu barədə məlumat yoxdur.