«Yeni Azərbaycan» qəzeti məni sərt tənqid edibsə, deməli mən öz yerimdəyəm və vətinimi sevən adamam»
Hər gün ən azı 3 səhifəsini Milli Şuranın tənqidinə həsr edən “Yeni Azərbaycan” qəzeti, bu dəfəki sayında Milli Şura üzvü, hüquqşünas Vidadi Mirkamalı hədəf seçib.
Vidadi Mirkamalın “Azadlıq” qəzetinə verdiyi açıqlama YAP-ı narahat edib və partiyanın rəsmi orqanı ənənəvi üslubunu işə salıb. Qəzet vidadi Mirkamalı yalançı, qanundan xəbəri olmayan, qərəzli şəxs kimi qələmə verməyə çalışıb: “Vidadi Mirkamal Azərbaycanan qarşı məkr yeridənlər tərəfindən kodlaşdırılmış adamdı. O, Azərbaycan dövlətinə və xalqına çirkab atmaqla məşğuldur. Digər radikal dostları kimi onun da Konstitusiyadan xəbəri yoxdur” – deyə yazı müəllifi bildirir.
Vidadi Mirkamal haqqında yazılanlara qəzetimiz vasitəsilə cavab verdi: “Mən ”Yeni Azərbaycan” qəzetinin şər-böhtan yazılarını oxumuram. Ancaq, bu qəzet mənim haqqımda geniş məqalə dərc edibsə, məni kəskin tənqid atəşinə tutubsa, deməli mən öz yerimdəyəm və vətənimi, millətimi sevən adamam. Bu qəzetin nə yazmasından asılı olmayaraq, mən öz fikirimi açıq deməyi sevən adamam və hər hansı fikir söyləyəndə kiminsə lisenziyasın almıram. “Azadlıq” qəzetində dərc olunan müsahibəmdə də bir hüquqşünas kimi prezident seçkiləri haqqında öz fiirlərimi demişəm. Azərbaycanda nələrin baş verdiyini hər kəs görür və beynəlxalq təşkilatlar Azərbaycanda olan korrupsiyanı, çirkli iqtisadiyyatı, büdcə mənimsəmələrini öz hesabatlarında zaman-zaman faktlarla sübut edir. Mənim fikirlərim də bu faktlara söykənir. Xəyanətkar mən deyiləm, Azərbaycanı bu hala salanlardı, ölkəni səfalətə çevirənlərdi, insanları dilənçi vəziyyətə salanlardı” – deyə Vidadi Mirkamal bildirdi.
Ilham