Gəncədə iki silahlı əsgər qaçıb

Onların tutulması üçün bütün qüvvələr səfərbər edilib

Gəncədə yerləşən hərbi hissələrin birindən iki əsgər hərbi hissəni özbaşına tərk edib. Hərbçilər silahlarını da özləri ilə götürüb. Azadlıq.info-fa daxil olan məlumata görə, hərbçilərin tutulması üçün şəhərdəki müxtəlif təyinatlı qüvvələr səfərbər edilib. Faktiki olaraq bu dəqiqələrdə Gəncədə fövqəladə vəziyyət hökm sürür. 

azadlıq.info