İranın XİN başçısı yəhudiləri təbrik edib

İranın xarici  işlər naziri Məhəmməd Cavad Zarif Twitter hesabında yəhudi xalqını Yeni il münasibətilə təbrik etdiyini təsdiqləyib. Zarif İranın Tasnim agentliyinə açıqlamasında  səhifəsindəki «Xöşbəxt Roş Xa-Şana bayramı» ismarıcının özünə məxsus olduğunu bildirib. Növbəti ismarıclarında Zarif Holokostı inkar mövqeyindən də uzaq durub. Hələlik eyni bayram təbrikinin ölkə prezidenti Həsən Ruhaani tərəfindən də ünvanlandığı məlum deyil. Bir müddət əvvəl İran prezidentinin Twitter hesabında «Xöşbəxt Roş Xa-Şana bayramı» təbriki yazılmışdı. Lakin sonradan dövlət başçısının Twitter hesabının olmadığını açıqlandı. İranda 25 mindən 80 minə qədər yəhudini birləşdirən icma mövcuddur. Ona görə də belə bir təbrik siyasi hadisə kimi qiymətləndirilməməlidir. Zarif də təbriki İranda yaşayan yəhudilərə ünvanladığını açıqlayıb.

azadlıq.info