Pul

Milli Şuranın son çağırışlarından biri çox vacib idi. Müxalifətin namizədi Cəmil Həsənlinin seçki kampaniyasını uğurla aparmaq üçün xalqa edilən çağırışı deyirəm. O müraciətin məğzi budur ki, Cəmil bəyin hesabına pul yatırasınız. Fərq etməz, 1 manat və ya min manat. Bu kampaniya hökumətyönlü şüvənlər, qaraqışqırıqla qarşılayıb. Sanki müxalifətin öz kasıblığını etiraf etməsi böyük ayıbmış kimi.
Məsələn, “Jalə” şirələri ilə bəslənən jurnalistlərdən biri, o gün Rüstəm Ibrahimbəyovun hər kəs bir manat seçki kampaniyasına yardım etsin çağırışına qarşı yazıb ki, aaa, bunun pulu da yox imiş ki, camaatı aldadırmış. Həmin şəxs bunu facebook səhifəsində yazmışdı. Şərh yazdım ki, nə edəsən, hamı sizin kimi “Jalə” bulağından şirə içib günə çıxa bilmir ki. Dözmədi, məni də, şərhimi də sildi. Belələri heç, onların bütün çığır-bağırın bir balaca şərh söndürmək gücündədir və bu sayaq adamlarla mübahisə aparıb özünü yormağa da dəyməz.
Əsas problem dəyişiklik istəyən şəxslərin beynində yaranan suallardı. Məsələn, deyirlər siz nə qədər pul yığsanız da Ilham Əliyevin varidatından az olacaq, busa indidən işin səmərəsiz olması deməkdir. Kökündən yanlışdır.
Birincisi: Milli Şura Ilham Əliyevin pulu ilə yarışmaq, onun sərvətini keçmək istəmir.
Bu seçkidir, pulların yarış deyil ki.
Çox pul Ilham Əliyevə lazımdı, Milli Şuraya isə yox.
Çünki Milli Şura seçicinin səsini, rəğbətini pulla qazanmaq niyyətində deyil, Ilham Əliyevin isə puldan başqa nə dostu qalıb, nə də dəstəkçisi.
Seçicilərdən Milli Şuranın istədiyi pul xırda-para texniki işləri görməyə lazımdı. Məsələn, plakatların hazırlanmasına, pullu efir almağa və s.
Ikincisi: Siz bərəkət anlayışını qəbul edirsinizmi? Halallıq anlayışı sizin üçün keçərlidirmi? Cavabınız “hə”dirsə, onda uzun müzakirəyə ehtiyac yoxdu. Halal bir manat, haram bir milyondan kəsərli, bərəkətlidir.
Cəmil bəyin hesabında olacaq pul 5-10 manat olsa da, bu halal pul olacaq, onun bərəkəti Ilham Əliyevin talan yolu isə yığdığı milyonları təsirsiz edəcək bərəkətə sahibdi.
Odur ki, tərəddüdləri kənara buraxın.
Əlinizi daşın altına qoyun.

“Azərbaycan saatı” işə salınmalıdır!

Mayakovskinin bir “Iclasbazlar” şeiri var. Məzmun belədir, dəqiqəbaşı çağırılan iclaslardan bəzən şair yazır ki, bir böyük iclasa ehtiyac var. O iclası çağırmalı və bütün iclaslara son qoyulmalıdır. Bu şeir bizə öz halımızı anlatdı. Hansı mənada?
Imzatoplama kampaniyası vaxtı, görüşdüyüm əyalət insanları, min bir problem içində bəlkə də adını belə yaddan çıxaran insanlar məndən “Azərbaycan saatı”nı soruşurdu. Çoxları hətta məni “Medya tv” deyə çağırırdı (“Azərbaycan saatı” uzun müddət “Medya tv”də yayıldığından bu iki ad az qala insanlar arasında sinonim kimi qəbul edilir). Belə hallar insanda inam yaradır. Demək bizim insanlarımızı “onların azarı konsertdi, röyaayxanlar, maşınrealti şoulardır” deməyimiz insanfsızlıqdı. Azərbaycan insanı həqiqətə təşnədir, sadəcə bu həqiqətlərdən uzaq salınıb. Qısa müddətdə “Azərbaycan saatı”ının milyondan artıq insanın (son hesablamaya görə proqramın Azərbaycanda milyon yarım izləyicisi olub) könlündə yer tapması inam mənbəyidir. Və bu gücü – xalqın həqiqətlərlə təmasa girib oyanmasını, birinci dərk edən hakimiyyət oldu və bütün qüvvəsini qoyaraq proqramın yayımını dayandırdı.
Deməli, hakimiyyət üçün təhlükənin nədən ibarət olduğunu biz kitabdan yox, birbaşa təcrübədən də öyrəndik – bu, kütlələrə xitab edən televiziyadır.
Televiziya təcili bərpa olmalıdır. Azərbaycan müxalifəti Mayakovski dediyi kimi, bir böyük iclas çağırıb 5-ci, 15-ci dərəcəli, insanları yoran işləri kənara qoyub real işin qulpundan yapışmalıdır.
Teleproqram kosmik raket kimi bir şeydir, onun yerin cazibə qüvvəsini qırmasına kömək edirsən, sonrası asandır, o öz ətaləti ilə hərəkətdə olur və fayda gətirir.

Anar Yusifoğluna bir sual…

“Dünyada ən ağır cinayət – sözü öldürməkdir. Ölü sözlərin sərgisidi bu qəzet! Əlil sözlər isə tabutları daşımaq gücündə deyil”- bu fikirləri bir zamanlaran ITV-də Ismayıl Ömərovun sağ əli sayılacaq Anar Yusifoğlunun yazısında oxumuşdum.
Artıq Anar Yusifoğlunu ITV-dən işdən çıxarıblar.
Məncə, o sevinsin. Qoy, indi o, öz gerçək məşəqqətləri ilə baş-başa qalsın və onlardan yazsın.
Yoxsa, mənəvi, didaktiv saxta əzablarla dolu yazıları ilə bizi məhv edib bitirəcəkdi.
Azərbaycanda gündə az qala onlarla günahsız adamın həyatın söndürürlər, həbsə atırlar, dövlət orqanları başdan-başa cinayətə girib bu isə bizə sözün ölümündən yazır. Adam nirivanadaydı, ITV-nin təzə rəhbəri isə sağ olsun, onu pəmbə buludların üzərindən boz torpağa endirdi.
Aramıza xoş gəldin, Anar bəy, Sumqayıta getmək üçün cibində 20 qəpik olmaz ki?

Halal karton

Dostum biri dedi: Azərbaycanda ucuz qiymətə satılan kolbasalardan narahat olmayın, konul xoşluğu ilə yeyin, haram-zad deyil. Bizdə kolbasada “sala” əvəzinə toyuq piyi, ət yerinə isə karton istifadə edilir. Nə haram donuz piyi sizi düşündürsün, nə də ölü heyvan əti. Bizim kolbasalar bu iki təhlükədən azaddır! Halal və təhlükəsiz kağız, toyuq piyi qarışığı!

Hikmətli söz

Anam deyərdi: “Aşiqlik bir gecədir, amma peşmanlıq min gecə”. Amma min gecədir peşmanam ki, niyə bir gecə aşiqlik etmədim (Doktor Əli Şəriəti)