“Avropa Birliyi Ermənistanla assosiativ sazişi çətin ki, imzalasın”. Bunu Birliyin genişlənmə və qonşuluq siyasəti üzrə rəsmisi Ştefan Füle bu gün Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra deyib.O qeyd edib ki, payizda Vilnüs sammitində belə bir razılaşma imzalanacağını təsəvvür eləmək çətindir. Füle bildirib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Vahid gömrük ittifaqı qarşısında öhtəliyi ilə assosiativ saziş bir araya sığmır.
Ermənistan prezidenti Serj Sarkisyan bu günlərədə Moskvaya səfəri zamanı ölkəsinin bu ittifaqa girmək fikrində olduğunu bildirib. Vahid gömrük ittifaqına Rusiya, Belarus və Qazaxıstan daxildir.