Böyük Britaniyanın yeni səfiri gəldi

Böyük Britaniyanın Azərbaycana yeni təyin etmilmiş səfiri İrfan Siddiq Bakıya gəlib.

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Səfir Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnamələrini təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.
 
İrfan Siddiq 1998-ci ildən Britaniyanın XİN-də çalışır. O, diplomat  kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. Keçmiş xarici işlər nazirləri Jack Straw və Margaret Beckettin şəxsi katibi olub.
 
Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edəcək.