Rusiyalı deputatlar ABŞ-a gedəsi olmadı

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib ki, Suriya problemini müzkirə etmək üçün  ABŞ-dakı həmkarları ilə müzakirə aparmaq üçün okeanın o başına getmək istəyən nümayəndə heyəti səfərə getmək qərarından daşınıb. Rusiyalı deputatları bu addımı atmağa məcbur edən səbəb ABŞ parlamentinin üzvlərinin bu dialoqa maraq göstərməmsi olub. Narışkin qeyd edib ki, Amerikalı deputatların müzakirələrdən imtina etməsi bizdə təəssüf yaradır.
CNN telekanalı biraz əvvəl demokratların senatdakı lideri Qarri Ridin və ABŞ parlamentinin aşağı palatasının Respublikaçı rəhbəri Con Beynerin Rusiyalı deputatlarla Suriya ilə bağlı müzakirə aparmaq niyyətində olamdığını bildirib.