“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edildi

Misir hökuməti “Müsəlman qardaşlar” hərəkatının fəaliyyətinin qadağan edib. ANS PRESS-in verdiyi xəbərə görə, bununla bağlı “Əl-Ərabiyə” məlumat yayıb. Qadağaya səbəb isə Misirin daxili işlər naiziri Məhamməd İbrahimə qarşı sui-qəsd edilməsidir. Hökumət sui-qəsddə “Müsəlman qardaşları”nı günahlandırır.
Hələlik Misir hökuməti bu barədə rəsmi bəyanat yaymayıb.

Xatırladaq ki, Misirdə keçmiş Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra ölkədə “Müsəlman qardaşlar” hərəkatının üzvlərinin həbsinə start verilib.