QOÇ
Çox çətin gündür. Ətrafdakılarla çətinliklə dil tapacaqsınız. Bu səbəbdən yaxşı olar ki, çox da təmasda olmayasınız. Bürcün bəzi nümayəndələri yaxınlarla mübahisə etməmək üçün hər varianta əl atacaq. Bu gün vegeterian mətbəxinə müraciət edin.
BUĞA
Faydalı işlə məşğul olacaqsınız. Məhsuldar əməkdaşlıqla bağlı danışıqlar da istisna deyil. Şəxsi müstəvidə də vəziyyət yaxşı olacaq. Bu gün vacib sənədləri imzalamaq olar. Özünüzü və yaxınlarınızı əyləndirməyin yolunu tapacaqsınız.
ƏKIZLƏR
Adi gün deyil. Bir tərəfdən işdə uğur vəd edən gün digər tərəfdən də şəxsi müstəvidə özünüzü xoşbəxt hiss etməyinizə maneə olan anlar yaşadacaq. Ehtimal ki, sosial və ya maliyyə baxımından asılı olduğunuz adamla aranızda fikir ayrılığı yaşanacaq.
XƏRÇƏNG
Günün narahat və gərgin olacağı gözlənilir. Istər şəxsi, istərsə də işgüzar müstəvidə yeni tanışlıq ola bilər. Bu gün rastlaşdığınız adamların həyatınızda vacib rol oynayacağı bildirilir. Yaxşı olar ki, qida rasionunda tərəvəzlərdən bişirilmiş yeməklərə yer verəsiniz.
ŞIR
Işgüzarlıq baxımından uğurlu gün deyil. Bürcün bəzi nümayəndələri öz peşəkarlıqlarına şübhə ilə yanaşacaqlar. Bu səbəbdən də qəbulu vacib olan təklifi rədd edəcəklər. Yaxşı tanımadığınız adamlarla görüş üçün də münasib gün deyil.
QIZ
Çoxdan əlinizə aldığınız işləri sona çatdırmaq asan olmasa da, yeni işlər daha uğrlu alınacaq. Əgər qarşınızdakı adamın işgüzarlığına tam əmin deyilsinizsə, uzunmüddətli əməkdaşlıq üçün sövdələşmə aparmağa dəyməz. Qarderobunuzu az xərclə dəyişə bilərsiniz.
TƏRƏZI
Günün emosional mənzərəsi sabit olmayacaq. “Tərəzi”lər ən xırda məsələni belə, şişirdərək həyəcanlanmağa bəhanə axtaracaqlar. Bu gün qurduğunuz planlar çətin həyata keçsin. Istəklə vacib olanı qarışdırdığınızdan situasiyanı düzgün qiymətləndirməyəcəksiniz.
ƏQRƏB
Maliyyə perspektivləri pis olmayacaq. Gəlirinizin olacağı da istisna deyil. Bu gün cazibədar olmağınızdan istifadə edərək yeni tanışlığa imza ata bilərsiniz. Ulduzlar bu mövzuda ilk təəssürata aldanmamağa çağırır.
OXATAN
Günün birinci yarısına ciddi işlərin reallaşdırılmasını planlaşdırmayın. Günün ikinci yarısı daha uğurlu olacaq. Günün bu hissəsini maraqlı işlərə, yaxınlarla təmasa həsr edə bilərsiniz. Mütaliə və ya yaxşı film seyr etmək əhvalınızı qaldıracaq.
OĞLAQ
Çətin işlərin həlli üçün münasib gün deyil. Yeni layihələrə başlamayın. Danışıqlar gəlir gətirməyəcək. Mötəbər şəxslərlə təmas da arzuedilən deyil. Alış-veriş də uğursuz alınacaq. Yaxınlar yaxşı məsləhət verməklə yanaşı, bir sıra problemlərinizi həll edəcəklər.
DOLÇA
Yeni tanışlıq üçün xoş gündür. Bu gün qadınlarla yaxşı dil tapacaqsınız. Ehtimal ki, gəliriniz olacaq. Günün ikinci yarısı qonaq qarşılamaq üçün əla gündür. Hətta xüsusi əsas olmasa belə, ailə daxili tədbirlərin keçirilməsi üçün münasib gündür.
BALIQLAR
Xaricə səfər, yaxud da xarici vətəndaşlarla ünsiyyət üçün əlverişli gündür. Maddi vəziyyət yaxşı olduğundan böyük məbləğli alış-veriş etmək üçün əlverişli gündür. Cazibənizlə əks cinsin nümayəndələrinin diqqətini çəkəcəksiniz.