Həmrəylik marafonuna qoşulun

Ifadə Azadlığına dəstək verin!

Sentyabrın 8-də qeyd olunan Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü ərəfəsində Azərbaycanda siyasi sifariş əsasında həbsdə olan 8 jurnalistə həmrəylik nümayiş etdirmək və onlara dəstək vermək məqsədilə Həmrəylik Marafonu keçirilir. 

Söz azadlığının taleyinə biganə olmayan və həbsdə olan jurnalistlərin ailələrinə dəstək vermək istəyən bütün şəxslər marafonda iştirak edə bilər. Marafon sentyabrın 8-ə kimi davam edəcək. Şəffaflıq üçün kampaniyanın sonunda verilmiş ianələr haqqında bütün məlumatlar ictimaiyyətə təqdim ediləcək. Aksiya iştirakçıları öz istəklərinə görə anonimliyin qorunub saxlanmasını istəyə bilərlər. Ianənin həcmi hər bir iştirakçının özünün imkanına uyğun müəyyənləşdirilir. Bir sözlə, marafonda verilə biləcək dəstək maliyyənin həcmi ilə yox, sadəcə həmrəyliyin nümayişi ilə ölçülür. Sentyabrın 8-i toplanmış vəsaitlər 8 yerə bölünəcək və jurnalistlərin ailələrinə təqdim ediləcək.

Vəsaitləri Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun ofisində (Bakı şəh, R.Behbudov küç, mən 85/86) marafonun koordinatoru və marafona dəstək verən könüllülər toplayacaq. 

Əlaqə telefonları: (012) 408-75-30, (012) 598-45-19 və (050) 282-34-20