Suriya ilə bağlı davam edən açıqlama yarışmasına daha bir nüfuzlu şəxsin adı əlavə olunub.
İranın ali dini lideri Ayətullah Əli Xameneyi bu dəfə də açıqlamasında ABŞ-ı hədəf alıb. Xameneyi qeyd edib ki, Amerika Suriya məsələsində yanlışlıqlara yol verir və qətiyyətlə bundan zərər görəcək.
Bölgədə baş verən hadisələrdə Birləşmiş Ştatları və müttəfiqlərini günahlandıran iranlı sərt bir şəkildə vurğulayıb ki, imperialist qüvvələrin bölgədə əsas məqsədi sionist yönümlü bir hegemonluq qurmaqdır. O bəyan edib ki, Quantanamo həbsxanasındakı işgəncələrdə, Pakistan, İraq və Əfqanıstan hadisələrində birbaşa Amerika siyasətçiləri günahkardırlar. Əli Xameneyi “Dünyada heç kim Amerikalıların əsas hədəflərininin insanlığı məhv etmək olduğuna inanmır”, -deyə əlavə edib. (anspress)