Malavi prezidenti təyyarəsini satıb yoxsullara xərcləyəcək

Malaviya prezidenti Coys Banda ötən ilin aprel ayından öz soydaşlarına və digər Afrika ölkələri prezidentlərinə qənaətçilik nümunəsi göstərir. 2013-cü ilin iyun ayından prezidentin Bohnox Enterprise kompaniyasının Virgin Islands təyyarəsini və 60 Mersedes markalı limuzini satdığı, əldə edilən vəsaitlərin isə xeyrinə işlərinə xərcləcəyi xəbəri yayıldı. 

Sentyabrın 5-də isə Coys Banda 14 yerlik Dassault Falcon 900EX təyyarəsin satmaq niyyətini açıqlayıb. Əldə edilən 15 mln dollar vəsait ölkədə ərzaq böhranı ilə mübarizəyə sərf olunacaq. Vəsaitlərin bir hissəsi aclıq çəkən 1,46 mln insanın ehtiyacını ödəmək üçün qarğıdalı alınmasına, bir hissəsi isə tərəvəz istehsalına xərclənəcək. 

Təyyarə və avtomobillər Bandaya ötən ilin aprel ayında dünyasını dəyişən keçmiş prezident Binqu van Mutarikidən qalıb. Keçmiş prezidentin israfçılığı kreditor ölkələrin etirazına səbəb olmuşdu. Onların göstərdiyi dəstək isə ölkə büdcəsinin 40 faizini təşkil edir. O zaman Britaniyanın dəstəyi 3 mln funt sterlinq qədərə azaldıldı. Öz maaşını üçdə biri qədər azaldan, prezidentə məxsus təyyarə və avtomobilləri satan Bandaya Britaniya hökuməti 33 mln funt sterlinq vəd edib. 

azadlıq.info