Milli Şuranın gəncləri Avropaya dəvət olundu

Milli Şuranın vahid namizədlə seçkiyə getməsi bu quruma qarşı beynəlxalq diqqəti artırıb. Belə ki, Milli Şuranın, prezidentliyə namizədi Cəmil Həsənli başda olmaqla, nümayəndə heyətinin Londona dəvət edilməsinin ardınca qurumun gəncləri də Avropaya dəvət alıb.
Beynəlxalq Gənclər Akademiyasının təşkil etdiyi Vilnus formunda gəncləri Cəmil Hacıyev və Yeganə Hacıyeva təmsil edəcəklər. Form avropanın şərq tərəfdaşlığı ölkələrində demokratiyanın inkişafına həsr ediləcək. Beynəlxalq Gənclər Akademiyasının təşkil etdiyi foruma yalnız Azərbaycandan demokratik düşərgənin təmsilciləri –  Milli Suranın üzvləri dəvət olunub.
Dəvətlilər bu fərqləndirməni Milli Şuraya və onun vahid namizədinə beynəlxalq diqqətin göstəricisi kimi qiymətləndirirlər.
Tədbir sentyabirin 6-dan 8-nə kimi olacaq.
Dəvətlilər Milli Şuranin vahid namizədi Cəmil Həsənli ilə görüşüb, tədbir barədə müzakirə aparıblar.