Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev prezident İlham Əliyevə əfvlə bağlı müraciət edib. Bu barədə məlumatı AzNews.az-a vəkil Elton Quliyev verib.
Vəkil keçmiş nazir və qardaşı ilə birlikdə anası Şövkət Əliyevanın da dövlət başçısına əfvlə bağlı müraciət etdiyini vurğulayıb.
“Mən vəkil olaraq bütün müdafiə etdiyim şəxslərin bir an əvvəl azadlığa çıxmasını istəyirəm”, – deyə vəkil bildirib.