Valeh Ələsgərova məxsus torpaq sahəsində narkotika tapılıb
Milli Məclisin vitse- spikeri Valeh Ələsgərova məxsus torpaq sahəsində narkotika aşkar edilib. “Azadlıq”a daxil olan xəbərə görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları Valeh Ələsgərovun doğulduğu Qarayeri kəndində əməliyyat keçirib. Əməliyyatçılar Valeh Ələsgərova məxsus olan torpaq sahəsində qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada kibrit qutularında dolu olan bir neçə qutu marixuana aşkar edərək götürüb.
Samux polisinin əməliyyatçıları restoranın ərazisindəki, sahəyə baxış keçirərəkdən, həmçinin, xüsusi qaydada becərilmiş olan 9 ədəd çətənə kolu aşkarlayaraq maddi sübut kimi də götürülüb. Qarayeri qəsəbəsində keçirilmiş əməliyyatla bağlı 4 nəfər kənd sakini barəsində Cinayət Məcəlləsinin 234-cü maddələri ilə cinayət işi qaldırılaraq, barələrində Samux Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlərdən Samux rayonunda eləcə də ətraf rayonlarda “Narkobaron” kimi tanınan Nazim adlı şəxsin narkoticarətə rəhbərlik etməsi üzə çıxıb.
Mənbəmiz onu da bildirib ki, nədənsə polis Rasim Ələsgərovu saxlamağa tələsmir. Görünür, bu fakt onun qardaşının vitse-spiker olması ilə bağlıdır.
Onu da qeyd edək ki, vitse-spikerin torpağına bitişik sahədə də plantasiya aşkarlanıb. Həmin sahənin sahibi Vüqar Qoşqarov da azadlıqdadır.
Ərşad