Zakir Qaralova şok müraciət

Bakı-Ələt yolunun çəkilişində milyonlarla vəsaiti kimlər mənimsəyib?

Dəstə üzvlərindən biri özünü baş prokurorun qohumu kimi təqdim edir

Tanınmış vəkil Əlabbas Rüstəmli baş prokuror Zakir Qaralova müraciət edib. Bir surəti də “Azadlıq”a göndərilən müraciətdə sensasion məqamlar var. Müraciəti olduğu kimi təqdim edirik:
“1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin hakimi Q.Abbasovun tabeçiliyinizdəki Korrupsiya Idarəsinə ünvanlanmış məktubunda, C.Müsazadənin şikayəti əsasıda toplanmış materialların surətinin, 2013-cü il, avqust ayının 15-dək, Rüstəmov Əliabbas Fəxrəddin oğlu vasitəsilə məhkəməyə göndərilməsi xahiş edilib Həmin məktub da, idarəyə 01 avqust tarixində çatdırılıb.
Məktubun təqdim edilməsindən sonra, icraçı, idarənin əməkdaşı Quliyev Nazirlə dəfələrlə telefonla danışılıb və o bildirib ki, materiallar hazır olduqdan sonra mənə bildiriləcəkdir. 14 avqust tarixində, saat 18-00 raddələrində, yenidən N.Quliyevlə telefon vasitəsilə danışdıqda o, bildirmişdir ki, sabah poçt vasitəsilə materiallar məhkəməyə göndəriləcəkdir.
Cənab Baş Prokuror!
Mən bunu, qəsdən məhkəmənin yubadılması və ya materialların poçtda itirilməsinə cəhd kimi qiymətləndirirəm.
Belə ki, “Temirli Qrup” ASC-nin rəhbərliyi, bizim məhkəməyə müraciət etməyimizdən sonra, Cəmiyyətin balansında olan bütün avadanlıqlarını demək olar ki, satıb, hazırda da adlarına olan daşınmaz əmlakların satışı ilə məşğuldurlar ki, ölkədən qaçsınlar. Bunların da hazırki himayədarları, tabeçiliyinizdəki Korrupsiya Idarəsinin rəhbərliyidir.
Məlumat üçün bildirirəm ki, Bakı-Ələt yolunun çəkilişi üçün büdcədən ayrılmış 64 milyon manatının, 44 milyon manatı, məhz bu şirkətin rəhbərliyi ilə, mütəşşəkil quldur dəstəsinin birgə fəaliyyəti nəticəsində mənimsənilib.
Bu cinayətkar dəstənin iştirakçılarından Iskəndərzadə Azər Kamal oğlu, özünü Sizin qohumunuz kumu təqaim edir.
Hörmətli Baş Prokuror!
Yuxarıda göstərdiyim kimi, 44 milyon manatın, özü də, dövlətə məxsus pulun mənimsənilməsi tam sübuta yetirilib və belə olan halda, bu cür cinayətləri, tabeçiliyinizdəki Korrupsiya Idarəsi tərəfindən himayədarlığa götürməsi mənəviyyatsızlıqdır.
Göstərilənlərlə əlaqədar olaraq, mütəşşəkil cinayətkar dəstə üzvlərinin, o cümlədən “Temirli Qrup” ASC-nin rəhbərliyinin və Isgəndərzadə Azər Kamal oğlunun Resrublikadan qaçmasına imkan verməməmklə, məsuliyyətə cəlb edilmələri üçün göstəriç verməyinizi xahiş edirəm”.