“Beynəlxalq aləm Suriyada baş verənlərə biganə qala bilməz”

Beynəlxalq ictiamiyyət Suriyada kimyəvi silah işlətməsi  faktına biganə qala bilməz. Bunu ABŞ prezidenti Barack Obama Stokholmda bəyan edib. O İsveçin baş naziri  Fredrik Reinfeldtlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyada baş verənləri barbarlıq adlandırıb.Obama qeyd edib ki, avqustun 21-də Dəməşq ətrafında yüzlərlə adamın ölümü ilə nəticələnən  kimyəvi hücuma qarşı hərəkətsizlik gələcəkdə bu cür hücumlara  riskləri yalnız artıra bilər. Obama hesab edir ki, Suriya müxalifətinin  bu cür silah işlətməyə texniki  imkanı yoxdur. Obama İsveçə  böyük 20-lər ölkələrinin  sentyabrın 5-6-da Sankt-Peterburqda keçiriləcək  sammiti ərəfəsində gedib.