Göygöl və İsmayıllı rayonlarında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli üçün imza toplayanlara qarşı təzyiqlər var. Bu barədə məlumatı Musavat.com-a Müsavat başqanının müavini Gülağa Aslanlı verib. Onun sözlərinə görə, polis bölmələrinə və icra hakimiyyəti orqanlarına çağırılan şəxslərə onlar barəsində şikayət edildiyi bildirilir.
Cəmil Həsənli üçün imza verən vətəndaşlara da təzyiqlər edilir və onlardan imzalarından imtina etmək tələb olunur. Qorxuya düşən bəzi şəxslər imza toplayanların evlərinə gedərək, imzalarından imtina etmək məcburiyyətində olduqlarını bildirirlər.